Rusiyada internet kəsilə bilər

Rusiyanın bəzi ərazilərində internetin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.

Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

“Antiterror əməliyyat rejiminin tətbiq edildiyi ərazilərdə internetin verilişində fasilələrin yaranması mümkündür”, - xidmətdən bildirilib.
Mənbə: Vesti.ru