Moskvada bazar ertəsi qeyri-iş günü elan olunub


Moskva meri Sergey Sobyanin bazar ertəsi gününü qeyri-iş günü elan edib.

AZƏRTAC, Rusiya mətbuatına xəbər verir ki, paytaxt meri riskləri minimuma endirmək üçün dövlət orqanları və fasiləsiz rejimdə işləyən müəssisələr, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etməyi qərara alıb.

O, insanları şəhərdə gəzməkdən mümkün qədər çəkinməyə çağırıb və bildirib ki, müəyyən məhəllələrdə və bəzi yollarda nəqliyyatın hərəkəti dayandırıla bilər.

Şənbə günü səhər saatlarında Moskvada, Moskva ətrafında və Voronej vilayətində anti-terror əməliyyatları rejiminin tətbiq edildiyi elan olunub.

Rusiya paytaxtında kütləvi tədbirlər ləğv edilib.