ABŞ-də atışmada 2 nəfər ölüb, 15 nəfər yaralanıb


ABŞ-nin Miçiqan ştatında küçə şənliyində atışma nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA xəbər verir ki, yaranan çaxnaşmada şənlik iştirakçılarının bir neçəsi avtomobillərin təkərləri altında qalaraq xəsarət alıb.

Ölənlər 19 yaşlı oğlan və 51 yaşlı qadındır.