Ukrayna hərbçiləri Rusiya ordusuna kütləvi zərbələr endirdilər 

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Ordusu Odessa vilayətinə hücumunu davam etdirir. Odessa limanları təhdid qarşısındadır.
Həmçinin Zaporojye və Donetsk istiqamətində vəziyyətin gərgin olaraq qaldığı qeyd edilib:

“Ukrayna Ordusu ötən gecə Krım yarımadasındakı məntəqələrə, Donetsk vilayətinin Şaxtyorsk şəhərində yerləşən Rusiya hərbi birləşmələrinə zərbələr endirib”.