Zabratda avtomobil piyadanı vuraraq öldürüb

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsi istiqamətində qeydə alınıb.

"Tofaş Şahin" markalı avtomobil yolu keçən piyada Fətəliyev Kamil Rəşid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.