28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

8 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmayacaq).

“APA-Economics” xəbər verir ki, sürücülərdən təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.