Heyvanlarla danışa bilən 10 milyon dollar mükafat qazanacaq! Ancaq nə itirəcək?

Siz ev heyvanı dostunuzun səslərini və bədən dilini anlamaq üçün Google-da çox vaxt sərf edənlərdənsiniz? Cavabınız bəli isə sizin üçün maraqlı xəbərimiz var. 

Sherg.az xəbər verir ki, Ceremi Koller Fondu və Təl-Əviv Universiteti “Coller & Dolittle: Two-Way Növlərarası Ünsiyyət Yarışması” təşkil edir. Heyvanlarla qarşılıqlı əlaqəni deşifrə etməyi bacaran tədqiqatçılara 10 milyon dollar dəyərində mükafat veriləcək.

Heyvanlarla danışmaq qabiliyyətinə malik olan məşhur uşaq kitabı personajı Doktor Dolitlin adını daşıyan müsabiqə süni intellektin istifadəsini təşviq etmək məqsədi daşıyır (baxmayaraq ki, müsabiqə qaydalarına əsasən başqa üsullar da qəbul oluna bilər).

Fondun prezidenti Ceremi Koller deyir: “Mən inanıram ki, Rosetta Daşı heroqliflərin sirrini açdığı kimi, süni intellekt də bizə növlərarası ünsiyyət üçün qapıları açmağa kömək edəcək”.

Komanda bu sahədə bəzi qabaqcıl işlərin olduğunu qeyd edir. Məsələn, elm adamları bir müddət əvvəl yarasa səslərini mənalandırmaq üçün bir alqoritm hazırladılar və beləliklə, aralarındakı "müzakirə mövzusunu" aşkar edə bildilər. Bir müddət əvvəl xəbər verdiyimiz kimi, SETI İnstitutunun alimləri Tven adlı donqar balina ilə 20 dəqiqəlik “söhbət” ediblər. Alimlər bu araşdırmanın hələ ilkin mərhələdə olduğunu deyirlər.

Bu sahədəki digər tədqiqatlara səslərdən donuzların emosional vəziyyətini təhlil edən və gəmiricilərin nə zaman stresə məruz qaldığını müəyyən edən alqoritmlər daxildir. Kaliforniyada qeyri-kommersiya təşkilatı olan Earth Species Project də bu mövzu üzərində işləyir və bütün növlərə tətbiq oluna biləcək bir sistem inkişaf etdirməyi hədəfləyir.

Guardian hesabatına görə, 10 milyon dollarlıq kapital qoyuluşu (və ya 500 min dollar pul mükafatı) öncəsi tədqiqatçılara bu mövzuda elmi modellər və alqoritmlər hazırlamaq üçün hər il 100 min dollar veriləcək. Meyarlara qeyri-invaziv, müxtəlif kontekstlərə tətbiq oluna bilən və heyvanların adi ünsiyyət siqnallarına əsaslanan üsullar daxildir.

Müsabiqənin təşkilatçısı olan komanda heyvanların insanlarla ünsiyyət qurduqlarından (Türinq süni intellekt testinə bənzər) xəbərdar olmadıqları bir sistem hazırlamağı hədəfləyir. Müraciətlər iyulun 31-də başa çatacaq.

Müsabiqənin komitə sədri prof. Yossi Yovel "Biz iki-üç illik kiçik miqyaslı mükafatlardan sonra baş mükafatın meyarlarını elan etməyə ümid edirik" deyib. O, “Biz balinalarla akustik əlaqədən tutmuş qurdlarla kimyəvi qarşılıqlı əlaqəyə qədər hər cür orqanizmə və hər cür üsula açığıq” deyərək təşəbbüsün şərtlərinə aydınlıq gətirir.

Müsabiqənin ideyasını inkişaf etdirməyə kömək edən məşhur musiqiçi və Interspecies İnternetin yaradıcılarından biri Peter Gabriel deyir:

Mən bonobo meymunları ilə musiqi hazırlayanda onların zəkasına və musiqi qabiliyyətinə heyran qaldım. İndi elm adamları növlər arasında mənalı əlaqə yaratmağın yollarını axtarırlar. Mən buna çox sevinirəm.

Bəlkə də tezliklə pişiyimizin niyə həmişə əşyaları rəflərdən itələdiyini anlamaq üçün Google-a müraciət etmək məcburiyyətində qalmayacağıq. Bunu birbaşa ondan soruşa və bununla da daha bir çox müəmmalı məsələlərə aydınlıq gətirə bilərik. Beləliklə, (həqiqətən) pəncə dostunuzla danışmaq istərdinizmi? Mashable Türkiyə komandası bu suala yüzdə 50 “Bəli”, yüzdə 50 isə “Xeyr” cavabını verib. Twitter-də danışmaq istəyənlərin nisbəti daha yüksəkdir.

Turan