Harrisin prezidentliyə namizədliyi rəsmiləşdi

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizədi rəsmiləşib.
Bakupost.az xəbər verir ki, ABŞ-də Demokratlar Partiyasının Milli Komitəsinin sədri Jaime Harrison Konqresə qatılacaq nümayəndələrlə onlayn səsvermənin yekun nəticələrini açıqlayıb.
5 günlük səsvermə nəticəsində Kamala Harris təxminən 4600 səslə Demokrat Partiyasının rəsmi namizədi olub.
Qeyd edək ki, Demokratlar Partiyasının Milli Komitəsinin sədri Harrison avqustun 2-də elan edib ki, qeyri-rəsmi məlumatlara görə, Harrisin prezident seçkilərində partiyanın namizədi olmaq üçün tələb olunan kifayət qədər nümayəndə sayına çatıb.
Demokratlar Partiyası avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya konqresində prezidentliyə və vitse-prezidentliyə namizədlərini rəsmən elan edəcək.