Prezident Azərbaycan-Rusiya münasibətlərini Cənubi Qafqazda təhlükəsizlik faktoru kimi dəyərləndirib

Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir.

Sherg.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbulu zamanı deyib.

Dövlət başçısı bildirib ki, bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirir.