Moskvada partlayış: ölən var

Moskvanın qərbində yaşayış binasında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, adı açıqlanmayan şəxs intihar məqsədilə naməlum partlayıcını partladıb. Onun öldüyü bildirilir.

Hazırda ərazidə araşdırma aparılır.