Hakan Fidan: Qərb riyakarlıq edir

ABŞ və Avropa İttifaqı başda olmaqla, Qərb ciddi riyakarlığa yol verir.

“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bosniya və Herseqovinanın “Stav” nəşrinə müsahibəsində deyib.

O, ABŞ və Avropa İttifaqı (Aİ) başda olmaqla, Qərbin ciddi riyakarlığa yol verdiyini bildirib.

Nazir bunu Qərbin Ukrayna və Fələstinə fərqli münasibəti göstərməsi ilə əlaqələndirib.

H.Fidan qeyd edib ki, Türkiyə Fələstin böhranının həlli üçün bütün diplomatik imkanlardan istifadə edəcək.