KİV: HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HAMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə "Al-Arabiya" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HAMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.