Survivor Nagihan evlənir! Bəd nəzərdən qorxduğü üçün şəxsin adını gizli saxlayır



Survivor yarışmasından kənarlaşdırıldıqdan sonra da açıqlamaları ilə gündəm olan Nagihan Karadere Pınar Kerimoğlunun YouTube kanalında qonaq olub və evlilik müjdəsini verib.
Sherg.az xəbər verir ki, Survivor All Star-ın 45-ci bölümündə oyun zamanı zədələnən Nagihan Karadere qəfildən yerdə qalıb. Yarışmadan kənarlaşdırıldıqdan sonra əməliyyat olunan Karadere sosial şəbəkədəki paylaşımları və açıqlamaları ilə adından söz etdirməyə davam edir. 


 
Yaxın dostu Tuğba Özayın tanış etdiyi iş adamı ilə evlilik hazırlıqlarına başladığını açıqlayan Karadere "Albalı gövdəsindən üzüklə evlilik təklifi aldım, solitaire gözləyirəm" deyib.

Toyunun Monakoda olacağını bildirən Karadere evlənəcəyi şəxsin adını gizli saxladığını və bəd nəzərdən qorxduğunu bildirib.