KİV: Çad prezidenti vasitəçilik missiyası ilə Nigerə gedir

Çad Prezidenti Mahamat İdriss Debi İtno vəziyyəti nizamlamaq üçün Nigerə yola düşüb.

“Report” xəbər verir ki, bu barədə “RTL” radiostansiyası məlumat yayıb.

Məlumata görə, Çad rəhbəri Nigeriya prezidenti, Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) hazırkı sədri Bola Tinubu ilə bazar günü (30 iyul – Qeyd) görüşdükdən sonra vasitəçilik missiyası ilə Nigerin paytaxtı Niameyə yola düşüb.

Qeyd edək ki, bu gün Nigerin paytaxtında kütləvi etiraz aksiyası keçirilib. İştirakçılar, xüsusən də Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyanın paytaxtı Abucada keçirilən fövqəladə sammitinə etiraz etmək üçün ölkənin hərbi hakimiyyət orqanlarının çağırışını rəhbər tutaraq şəhərin küçələrinə çıxıblar.