Ukraynanın İzmail limanında güclü partlayışlar baş verdi

Ukraynanın Odessa vilayətinin İzmail şəhərinin limanında güclü partlayışlar baş verib , bölgədə hava xəbərdarlığı elan edilib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb.

Bildirilib ki, bölgədə hava hücumu siqnalı saat 01:32-dən işə salınıb.

“Monitorinq kanalları İzmailə və liman infrastrukturuna hücumun davam etdiyini bildirir. Partlayış səsləri eşidilir”, - deyə kanal qeyd edib.

Bundan əvvəl Ukraynanın bütün bölgələrində hava xəbərdarlığının elan edildiyi bildirilib.

Həmçinin məlum olub ki, pilotsuz təyyarələrin köməyi ilə vurulan zərbə İzmail limanlarından birində anbarlara və taxıl anbarlarına ziyan vurub.