İran 24 saat ərzində İsrailə hücum edə bilər - Blinken

ABŞ Dövlət katibi Entoni Blinken Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinə İran və Hizbullah hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.

Qeyd olunub ki, Blinken İran və Hizbullaha diplomatik təzyiq göstərmək üçün və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb.

Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.