Ağcabədidə 1 həftə əvvəl maşın vuran piyada ölüb

Ağcabədidə 1 həftə əvvək maşın vuran piyada dünən xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə 29 iyulda Arazbar kəndi ərazisində qeydə alınıb.

"Vaz 2105" markalı avtomobil piyada Mamedov Mamed Fərhad oğlunu vurub.

Piyada dünən Bakıda müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.