Yerdə güclü maqnit qasırğası başladı

Yerdə maqnit qasırğası G3 (güclü) səviyyəsinə qalxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

“G3 (Kp=6,67) artıq 6 saatdır ki, qeydə alınır”, - deyə bildirilib.

Qeyd edək ki, bundan öncə G1 səviyyəli maqnit qasırğasının hökm sürdüyü açıqlanmışdı.