Zəngilanın iki kəndi su anbarının altında qaldı

Xudafərin su anbarının ərazisi genişləndirilib və Zəngilanın vaxtilə mövcud olan, hazırda dağılmış və yer üzündən silinmiş iki kəndi suyun altında qalıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Elməddin Muradlı məlumat və foto paylaşıb.

O bildirib ki, hazırda genişləndirilmiş su anbarı Araz çayının suyu ilə tam doldurulub:

“Çox güman ki, bəzi kəndlərimiz əvvəlki yerində salınmayacaq. Əvəzində bol suyumuz və enerjimiz olacaq. Yaxşı turistik zonaya çevirmək olar Xudafərini”.