Belqoroda 40 PUA ilə hücum edildi: yaralılar var

Ukrayna ordusu sutka ərzində 40 PUA ilə Belqorod vilayətinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Belqorod vilayətinin Politotdelskiy və Razumnoe qəsəbələrinə, Belovskoe, Boçkovka, Varvarovka, Dolbino, Krasnıy Xutor, Nikolskoe, Petrovka, Repnoe, Soloxi, Ustinka, Çeremoşnoe, Şaqarovka, Şetinovka və Yasnıe Zori kəndlərinə hücumlar edilib”, - Qladkov bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 8 nəfər yaralanıb.