Paris-2024: Azərbaycan basketbolçuları qrupda sonuncu matçını keçirib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma VII turda Kanada yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.