Harris Trampın bu təklifi ilə razılaşmadı

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı Respublikaçı rəqibi Donald Trampın sentyabrın 4-də “Fox News” telekanalında debat keçirmək qərarı ilə razılaşmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda qərargah “X” sosial şəbəkəsində məlumat yayıb.

“O, oyun oynamağı dayandırmalı və söz verdiyi kimi sentyabrın 10-da debata gəlməlidir”, - məlumatda qeyd olunub.

Onlar həmçinin bildiriblər ki, vitse-prezident istənilən halda debatda iştirak edəcək ki, praym-taymda xalqa müraciət etmək fürsətindən yararlansın. Harrisin təşviqat komandası hesab edir ki, Tramp qorxur və buna görə də o, debatın sentyabrın 4-də Respublikaçılara yaxın olan “Fox News” telekanalında keçirilməli olduğunu elan edib.