Türkiyə və Rusiya arasında Suriya ilə bağlı kritik görüş

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmazla Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev arasında Ankarada görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya məsələsində məsləhətləşmələr aparılıb.