İsveç bu ölkədəki səfirliyini bağlayır - Səbəb

İsveç Qəzzadakı müharibənin milli münaqişəyə çevrilə biləcəyi qorxusuna görə Beyrutdakı səfirliyini müvəqqəti bağlayır.

Axar.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström bildirib.

Məlumata görə, nazir idarə əməkdaşlarına Beyrutu tərk edərək Kiprə getməyi tapşırıb. Beyrutda səfirlik ən azı avqust ayının sonuna qədər bağlı qalacaq, lakin fəaliyyəti dayandırmaq qərarı uzadıla bilər. Hər şey təhlükəsizlik şəraitindən asılı olacaq.