Təmir işləri aparan usta beşinci mərtəbədən yıxıldı

Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta beşinci mərtəbədən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında yerləşən binada baş verib.

Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Elvir Vüqar oğlu Veyisov ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.