Abşeronda oteldə kişi meyiti tapılıb

Abşeronda 44 yaşlı kişinin meyiti tapılıb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonunda yerləşən hotellərdən birində qeydə alınıb.

1980-ci il təvəllüdlü Vüsal Aqil oğlu Alıyev qonaq olduğu hoteldə özünü asıb.

Fakt araşdırılır.