Şahbazovanın gözəlliyi Türkiyədə müzakirələrə səbəb oldu

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Yağmur Şahbazovanın gözəlliyi müzakirələrə səbəb olub.

Sherg.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyənin reytinqli "Yemin" serialında əsas rollardan birinə çəkilən həmyerlimizin izləyiciləri ulduzun gözəlliyini anasından aldığını qeyd edirlər.

"Vicdan haqqı" serialından sonra məşhurlaşan Yağmur Şahbazova Əməkdar artist, İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.

Qeyd edək ki, aktrisa 13 fevral 1987-ci ildə anadan olub.