Qəzzada qaçqın düşərgəsinə zərbə endirilib, 8 nəfər ölüb

İsrail Ordusu Qəzza sektorunun sektorunun şimalında Cabaliya şəhərində qaçqın düşərgəsinə zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Nəticədə biri uşaq olmaqla, 8 nəfər ölüb.