Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələri İraq və Suriyada 8 terrorçunu zərərsizləşdirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 4 PKK terrorçusu və Suriyanın şimalında "Fərat qalxanı" bölgəsində aşkarlanan 4 PKK/YPG terrorçusu məhv edilib.