Fransa paytaxtında uzun müddətdir davam edən müzakirələr başa çatıb. Paris küçələrindən elektrik skuterləri yığışdırılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Paris skuter kirayəsini qadağan edən ilk Avropa paytaxtı olub.
Elektrikli skuterlər Parisdə uzun müddətdir müzakirə mövzusu idi. Bələdiyyə sədri Ann Hidalqo apreldə referendum keçirməyə çağırıb və əhalinin təxminən 90 faizi skuterləri qadağan etmək üçün səs verib.
Referendumda fəallıq cəmi 7 faiz yarımla məhdudlaşsa da, nəticə demokratik qələbə ilə qarşılanıb.
Bələdiyyə skuter kirayə verən şirkətlərə avtomobilləri toplamaq üçün sentyabrın əvvəlinə qədər vaxt vermişdi. Müddət başa çatdıqda, Parisdə təxminən 15.000 elektrikli skuterdən sonuncusu da küçədən yığışdırılıb.
2021-ci ildə Fransada elektrik skuterlərinin iştirakı ilə baş verən qəzalarda biri paytaxtda olmaqla 24 nəfər həlak olub.
Ötən il Parisdə ümumilikdə 459 qəza baş verib, onlardan 3-ü ölümlə nəticələnib.
Elektrikli skuterlərin yığışdırılmasından sonra kirayə velosipedlərdən istifadənin artacağı gözlənilir.