Avstriyada Hitlerin doğulduğu ev polis bölməsinə çevrilir. Tikinti işlərinə başlanılıb. Qərar mübahisələrə səbəb olub.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstriyada uzun illər davam edən mübahisələrdən sonra Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək üçün tikinti işlərinə başlanılıb.
Avstriya hökuməti Almaniya sərhədi yaxınlığında yerləşən Braunau şəhərindəki evin neonasistlərin xatirə məkanına çevrilməsinin qarşısını almaq üçün həll yolları axtarırdı.
Həll yolu kimi evin polis bölməsinə çevrilməsinə qərar verilsə də, bu qərar mübahisələrə səbəb olub.
Son sorğular göstərdi ki, evin polis bölməsinə çevrilməsinə əhalinin yalnız 6 faizi dəstək verir.
Bir vətəndaş, "Məlum oldu ki, faşistlər dövründə baş verən faciədə polisin də məsuliyyəti var. Ona görə də tarixi baxımdan bu binanın polis bölməsinə çevrilməsi çox yanlış qərardır" deyə hadisəni şərh edib.
Evin xatirə mərkəzinə çevrilməsini və ya kirayə verilməsini tələb edənlər də olub.
Adolf Hitler 1889-cu ildə Braunauda anadan olub.
Avstriyalılar onilliklər boyu nasist zorakılığının ilk qurbanları olduqlarını iddia edirdilər.
Bununla belə, son vaxtlar Avstriya hökumətləri nasistlər dövründə törədilən cinayətlərdə şərik olduqlarını və nasist hakimiyyətinə az müqavimət göstərdiklərini etiraf etməyə başlayıblar.