"Oğlumun yatağını çarpayı qarışıq hovuza atdım"- Şvartsenegger sərt ata olub 

"Terminator" serialının ulduzu Arnold Şvartsenegger qatıldığı bir verilişdə uşaqları kiçik olarkən sərt ata olduğunu etiraf edib.

 Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, qızı Ketrin və oğlu Patriklə yaşadığı hadisələri danışan aktyor tez bir zamanda jurnalın gündəm mövzusuna çevrilib.

İlk dəfə 1984-cü ildə çəkilən Ceyms Kemeronun “Terminator” serialı ilə yaddaşlarda qalan 76 yaşlı Arnold Şvartsenegger ötən gün “Jimmy Kimmel Live” proqramında qonaq olub.

“Faydalı ol” adlı yeni şəxsi  kitabının tanıtımını edən aktyor uşaqları gənc olarkən onlara qarşı sərt ata olduğunu etiraf edib:


"Amerika standartlarına görə, yəqin ki, sərt idim. Uşaqlarım tualet və duşu özləri təmizləyir, çarpayılarını özləri yığardılar.
Düşünürəm ki, uşaqlarımın ən çox gündəmə gətirdiyi şey, məsələn, oğlumun yatağını düzəltməməsidir. O, dayəsinə çarpayısını düzəldərdi, əslində bu qadağan idi. Bir dəfə içəri girdim və çarpayı çox səliqəli idi. "Patrik, bunu sən etmisən?" soruşdum. "Yox, mən etməmişəm" deyə cavab verdi. Ona görə də qapıları açıb yatağını çarpayı qarışıq hovuza atdım".


Arnoldun keçmiş həyat yoldaşı 67 yaşlı Mariya Şrayverdən 33 yaşlı Ketrin, 31 yaşlı Kristina, 30 yaşlı Patrik və 26 yaşlı Kristofer adlı uşaqları var. Məşhur adın bir müddət onun evində işləyən köməkçisi Mildred Baena ilə qadağan olunmuş eşq macərasından Cozef adlı daha bir oğlu var.