100-dən çox qadına təcavüz: Vaynşteynə daha bir ittiham 

2017-ci ildən bəri 100-dən çox qadına təcavüz etdiyi iddia edilən keçmiş amerikalı kino prodüseri Harvi Vaynşteyn britaniyalı aktrisa Culiya Ormond tərəfindən cinsi təcavüzdə günahlandırılıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Ehtiras küləkləri", "Benjamin Battonun qəribə işi" və "Amerikalı qız" kimi filmləri ilə tanınan aktrisa Culiya Ormond Harvi Vaynşteyni məhkəməyə verib. Britaniyalı aktrisa keçmiş prodüseri 1995-ci ildə Nyu-Yorkda şam yeməyi zamanı ona sataşmaqda ittiham edir.


Aktrisa "Disney" və "Miramax" film şirkətlərini də məhkəməyə verib. Ormond, şirkətlərin öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görmədiyini iddia edib.

Hazırda həbsdə olan Vaynşteyn zorlama ittihamı ilə 23 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildən bəri 100-dən çox qadın Vaynşteyni zorlama, cinsi təcavüz və ya cinsi təcavüzdə ittiham edib. 2020-ci ilin fevral ayında 70 yaşlı Vaynşteyn bir çox qadına təcavüz və cinsi təcavüzə görə ABŞ məhkəməsinin qərarı ilə 23 il həbs cəzasına məhkum edilib.