HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyata başladığını açıqlayıb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, itkilərin artdığı öyrənildi. Saysız-hesabsız binalar və maşınlar alovlara qərq olub. İsrailin "Kanal12" televiziyasının xəbərinə görə, Qəzzadan olan 4 ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə girə bilib. Fələstinli qrupların Qəzza zolağı yaxınlığında İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini atəşə tutduğu bildirilib.
İsrail ordusu Qəzzada HƏMAS-ın komanda mərkəzini vurduğunu açıqlayıb. Qəzzaya hücumlarını davam etdirən İsrail bölgədə yaşayan fələstinlilərin evlərindən ayrılması çağırışını da təkrarlayıb. İsrailin verdiyi açıqlamada bu sözlər yer alıb: “Biz sizə və ailənizə zərər vermək istəmirik. Təhlükəsizliyiniz üçün evlərinizi tərk edin. Əziz məscidinin yaxınlığındakı Dərəc məhəlləsinin sakinlərini təcili olaraq evlərini tərk etməyə çağırırıq”.