İran prezidenti İbrahim Rəisi HƏMAS-ın İsrailə qarşı Əqsa tufanı əməliyyatını “qələbə” adlandırıb. Rəisi hücumla bağlı deyib: Bu, saxta sionist rejimə qarşı müqavimətin təzahürüdür.
Sherg.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi HƏMAS və Fələstin İslami Cihad Təşkilatının lideri ilə telefonla danışıb. Prezident Rəisi HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi Əqsa əməliyyatı ilə bağlı təbrik mesajı yayımlayıb.
Mesajında bölgədə İsrail üçün tənliklərin dəyişdiyini bildirən Rəisi İsrailə qarşı hərbi əməliyyat keçirdikləri üçün Həmas və Fələstin xalqını təbrik edib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dünən fövqəladə iclas keçirib. İranın BMT missiyası HƏMAS hücumlarında iştirak etmədiyini bildirib