Elektrik, su və yemək yoxdur: Xəstəxanalar morqlara çevrilir - FOTOLAR

 İsrailin bombardmanları gücləndikcə Qəzzada humanitar faciə dərinləşir. Xəstəxanalar yaralılara yardım göstərməkdə çətinlik çəkir. Elektrik enerjisi, su və ərzaq qıtlığı artır.


Sherg.az xarici mediaya istinadən xəbər verir ki, morqlar və xəstəxanalar dolub. Ölən və yaralanan uşaqların sayı sürətlə artır. 

Dağılmış binaların dağıntıları altından qalanları çıxarmaq üçün zamana qarşı yarış gedir. İş maşını nasaz olduğundan dağıntılar altında olanlara çatmaq çox çətindir.


Dağıntılar altından çıxarılan yaralıların daşındığı xəstəxanalarda da böyük problemlər var.

İsrail elektrik enerjisini kəsəndə generatorlar işə salınıb. Bununla belə, generatorların yanacağı tükənmək üzrədir. Qəzzanın ən əhəmiyyətli xəstəxanasına cəmi 4 günlük yanacaq qalıb.
Dərman və avadanlıq çatışmazlığı da var. Beynəlxalq Qızıl Xaç Təşkilatı xəstəxanaların morqlara çevriləcəyi ilə bağlı xəbərdarlıq edib. Səhiyyə sektorunun iflasa uğramaq ərəfəsində olduğu vurğulanıb.


İsrailin bombardmanları nəticəsində yaxınlarını itirən, evləri dağılan qəzzalılar ümidsizliyə qapılıblar.
İşıq olmadığı üçün təmizləyici qurğular, kanalizasiyalar işləmir. Küçələrə tullantı suları axmağa başlayıb. Bu vəziyyət epidemiya riskini artırır.