F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı texniki müzakirələr başa çatıb

ABŞ-nin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı texniki müzakirələr başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara ABŞ-dəkı bütün prosedur qaydaların başa çatmasını gözləyir: “Bu prosesin ən yaxın vaxtda müsbət nəticələnməsini istəyirik. Bu məsələ ilə bağlı hansısa şərt olmamalıdır”.