Yaxın Şərq böhranı: Dünya 2 trilyon dollar itirəcək

Fələstin-İsrail münaqişəsi daha da gərginləşərsə, qlobal iqtisadi itkilər 2 trilyon dollara çata bilər.

Axar.az xəbər verir ki, bu barədə məşhur “Ernst Young” konsaltinq şirkətinin baş iqtisadçısı Qreqori Dako “Nyu York Tayms” qəzetindəki məqaləsində yazıb.

“Döyüş əməliyyatlarının genişlənməsi ilə Yaxın Şərqdə mülayim tənəzzül başlaya və neftin qiyməti bir barrel üçün 150 dollara qədər yüksələ bilər. Belə bir ssenarinin qlobal iqtisadi nəticələri kifayət qədər ciddidir”, - müəllif bildirib.