Rusiyaya qarşı yeni sanksiyalar edildi

ABŞ Rusiyadan olan 30 fiziki və 200-ə qədər hüquqi şəxsə sanksiya tətbiq edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq edilən qurumların və şəxslərin Rusiya hərbi-sənaye kompleksinə, həmçinin pilotsuz uçuş aparatlarının alınmasına yardım etdiyi bildirilir.