Netanyahu: "İsrail qoşunları Fələstin anklavının sahilyanı ən böyük şəhərinə daxil olub"

İsrail qoşunları Qəzza zolağında Fələstin anklavının sahilyanı ən böyük şəhərinə daxil olub.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində yazıb.

O bildirib ki, qoşunlar əməliyyatda irəliləyiş əldə edir.

"Biz irəliləyirik. Bizə heç nə mane olmayacaq", - deyə o bildirb.