Fransa Qazaxıstana da silah verəcək

Fransa Qazaxıstana "Ground Master 400" hava hücumundan müdafiə sistemi verəcək.

Bakupost.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, sistemlərin verilməsində məqsəd Qazaxıstanın suverenliyini gücləndirməkdir.

Qeyd edək ki, bundan əvvəl eyni sistemin Ermənistana da verilməsi barədə saziş imzalanıb.