Almaniya və Ermənistan XİN rəhbərləri görüşüb

Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü "X" hesabında bildirib.

Onun sözlərinə görə, XİN rəhbərləri arasında təkbətək görüş baş tutub.

Nazirlərin hazırda geniş tərkibli görüşü keçirilir.

Xatırladaq ki, Almaniya xarici işlər naziri regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.