İsrail Təhlükəsizlik Şurası ölkə vətəndaşlarını xaricə səfərlərdən çəkinməyə çağırıb

İsrailin Təhlükəsizlik Şurası və Daxili İşlər Nazirliyi antisemitizm hadisələrinin artması ilə əlaqədar ölkə vətəndaşlarına xaricə səfərlərdən çəkinməyi tövsiyə edib.

APA xəbər verir ki, bu barədə hər 2 qurumun birgə məlumatında bildirilib.

Bildirilib ki, son bir neçə həftədə antisemitizm və təhriklərin əhəmiyyətli dərəcədə artması, həmçinin dünyada israillilərə və yəhudilərə qarşı həyati təhlükəsi olan hücumlar müşahidə olunur.

İsrail hakimiyyəti vətəndaşları ərəb ölkələri, Yaxın Şərq, Şimali Qafqaz və İran ətrafındakı ölkələrə səyahətdən çəkinməyə çağırıb.