Mirzoyan yenə Fransaya gedir

Bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, erməni nazir Parisdə UNESCO Baş Konfransının 42-ci sessiyasında iştirak edəcək.