Bakı-Quba yolunda 2 sərnişin avtobusu toqquşub, ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

***
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.

Telegram Widget