Dəhşətli qəzada ölənin kimliyi məlum olub

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.
Sherg.az xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Məryəm Maqsud qızı Ağayevadır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “Neoplan” və “İsuzu” markalı 2 sərnişin avtobusu toqquşub.