Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub

Sabirabadda 10 yaşlı uşağı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb.

"Ateko" markalı yük avtomobili kənd sakini, 2014-cü il təvəllüdlü Abdullazadə Aftandil Kamran oğlunu vurub.

Ağır xəsarət alan 10 yaşlı piyada Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.