Məhbus mübadiləsində Baydenin rolu olmayıb - Lukaşenko

ABŞ Prezidenti Co Bayden Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi prosesində iştirak etməyib.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bayden bu barədə danışmaqla öz nüfuzunu artırmağa çalışır. Mübadilə sırf xüsusi xidmət orqanları vasitəsilə təşkil olunub və hətta diplomatlar da bu işə cəlb olunmayıb”, - Lukaşenko bildirib.
Xatırladaq ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi baş tutub.