Haniyənin cənazəsinin Dohaya gətirildiyi görüntülər yayıldı: Həyat yoldaşından təsirli vidalaşma

İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin cənazəsi Qətərin paytaxtı Dohaya gətirilib.

Oxu.Az bu barədə İHA-ya istinadən bildirir.

Bununla bağlı yayılan görüntülərdə ərinin cənazəsini qarşılayan Haniyənin həyat yoldaşı Ümmü Abdüsselamın əri ilə vidalaşdığı kadrlar da yer alıb.

"Allah səndən razı olsun. Sən dünyada və axirətdə dayağımsan. Bütün qətiyyətimizi və səbrimizi səndən aldıq", - deyə Ümmü Abdüsselam vidalaşıb.