Ermənistan Müdafiə Nazirliyi ABŞ-dən məsləhət aldığını açıqlayıb

Ermənistan hərbi islahatlar çərçivəsində ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhətlər alır.

Oxu.Az xəbər verir ki, bu barədə Armenpress-ə Ermənistan Respublikası Müdafiə Nazirliyi Dövlət Departamentinin Vaşinqtonun öz ordusunun nümayəndəsini İrəvana yerli hərbi idarədə işləmək üçün göndərməsi barədə bəyanatını şərh edərkən bildirib.

"Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların bir hissəsi kimi Ermənistan Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli ola biləcək məsləhət dəstəyi alıb və alır", - deyə Ermənistan Müdafiə Nazirliyi bildirib.